BetopanCity İnşaat Qrupu

Azərbaycanda karkas-panel evlərin tikintisi

|

Haqqımızda

Ofis: Nizami, 203, AF Business House

HAQQIMIZDA

“Daş dövrü daşların tükəndiyi üçün deyil, insan düşüncəsinin dəyişdiyi üçün bitmişdir”

“Betopan city” İnşaat qrupu 2005-ci ildən Türkiyə Respublikasının inşaat sektorunda 25 ildən artıq irəliləyən, dünyanın 40-dan çox ölkəsinə öz istehsal etdiyi çelik (konstruksiya) kotteclər ixrac edən “Vefa” şirkətlər qrupuna və Bursa şəhər “Olqac Yapı” firmasında ixtisaslaşmış, həmən şirkətlərin Azərbaycanda rəsmi nümayəndəsi kimi çalışmış mütəxəssis tərəfindən təsis olunmuşdur.

Azərbaycan tikinti sektorunda 2013-cü ildən fəaliyyətə başlamış “Betopan city” İnşaat Qrupunda Türkiyədə öyrədilmiş azərbaycanlı mütəxəssislər çalışır. İnşa etdiyimiz yaşayış və başqa tikililərdə istifadə olunan tikinti materialları Türkiyə, Rusiya, Ukrayna və Pribaltika ölkələrindən gətirilir. Bu sistemlə yaşayış evləri, ofislər, yataqxanalar, avtomobil qarajları, marketlər, sauna, duş – sanitar qovşaqları, iaşə, səhiyyə, təhsil və digər obyektlərin tikintisi aparıla bilir. Bu tikintiləri ilin hər mövsümündə inşa etmək mümkündir.

Məqsədimiz – Qüsursuz müştəri məmnuniyyəti, insanlara yaşana biləcək estetik, ekonomik, ekoloji təmiz və zəlzələyə davamlı 1 və 2 mərtəbəli yaşayış evləri və digər tikililər təqdim etməkdir.

Fərqimiz – Başqa tikinti sistemlərinə baxdıqda bu sistem daha tez və daha sərfəli qiymətə başa gəlir. Hər il təmirə ehtiyac duyulmur. Otaqlar tez soyuyur, tez isinir. Bakteriya qəbul etmir. Yanğına, nəmişliyə və zəlzələyə davamlıdır. Ən əsası sifarişçi tikinti zamanı artıq əziyyətlərdən azad olur.

Tikinti müddəti (bünövrənin üstündən sayılaraq)

1 mərtəbəli evlər üçün - 30 iş günü
2 mərtəbəli evlər üçün - 60 iş günü

Evlərin hər 1 kv.m.

PANEL KARKAS (1 m2 – 390 AZN)
TAXTA KARKAS (1 m2 – 400 AZN)
KƏRPİC (1 m2 – 410 AZN)
Daş-Beton (1 m2 – 430 AZN)
POLAD KARKAS (1 m2 – 450-500 AZN)

(tam təmirli, santexnika, mətbəx mebeli, divar şkafları daxildir)

TEXNİKİ GÖSTƏRİCİLƏR (STANDART)

- Bünövrə - Lentvari qazıntı, şeben, armokarkas, beton (20x40 sm), hündürlük 60 sm daş hörgüsü, izolyasiya, kanalizasiya sistemləri, setkalı tava şəkilli 10 sm qalınlıqda beton örtüyü;

- Dəmir polad karkas – H, C, U şəkilli (qalınlıq 1-1,5-2 sm) polad konstruksiyalı evin ümumi montaji – xomutlar, qar və külək dirəkləri, dubellər, vidalar və digər möhkəmləndirici şassilərdən ibarətdir;

- İzolyasiya – tol, penoplast, səskeçməz və şüşəyunu;

- Çöl divar – ümumi qalınlığı 22 sm olaraq, OSB (10 mm), dekorativ izolyasiyalı örtüklər, içəridən OSB və alçıpan, divararası isti-soyuqa davamlı, səskeçməz izolyasiya sistemi;

- Arakəsmə divar – qalınlıq 18 sm, hər iki tərəfdən alçıpan, daxildən səskeçməz izolyasiya sistemi;

- Elektrik, kompüter, telefon təsisatı – divar içi şlanqlar, naqillər (2.5-4-6), açarlar, rozetkalar və elektrik paneli (Rusiya istehsalı);

- Tavan – izolyasiya, alçıpan, hündürlük H=3m;

- Döşəmə - izolyasiya sistemi, atma profillər, OSB (12 mm), laminat;

- Daxili təmir – astar, boya və yaxud oboy;

- Su təchizatı – Türkiyə istehsalı ağ PVC borular, döşəmə altı və divar içi aparılır, aksessuarlar;

- İstilik sistemi – ağ PVC borular, istilik panelləri və kombi;

- Dam örtüyü – OSB, nəmişliyə qarşı izolyasiya, anduvilla, kamiz betopan, su axanlar;

- Pəncərələr – cift açılan aq doğrama PVC, şüşələr ağ ikili 0,4 sm-lik;

- Nəfəslik – (40x60 sm) ağ PVC;

- Çöl qapı 0 dəmir qapı (2.10x0.90 m)

- İç qapılar – amerikan panel qapıları (2.10x0.80 m), petlə, kilid və dəstəklər Türkiyə istehsalı;

- Sanitar qovşağı – tavan lambirin, spotlar, kafel-metlax, əlüzyuyan, trap, duş, unitaz, kranlar;

- Balkon – pilləkən, metlax, məhəccər.

QEYD: Evlərin çöl və daxili rənqi sifarişçinin arzusu ilə seçilir.

Standart göstəricilərimizdə material əvəzlənməsindəki qiymət fərqi ümumi məbləğə əlavə olunur.
Yuxarıda qeyd olunan texniki göstəricilər polad karkaslı evlər üçün nəzərdə tutulub.
İnformasiya
Nəşr
© 2014-2017 BETOPAN CITY. Bütün hüquqlar qorunur. Dizayn və təkmilləşdirmə SiteMan.az